Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03103466
Hesabatın adı
          1-ərzağa əlyetərlik nömrəli statistik müayinə forması (Əhalinin ərzağa əlyetərliyi səviyyəsinin öyrənilməsinə dair)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 16 avqust 2019-cu il tarixli, 07/03s №-li sərəncamı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi əhalinin ərzağa əlyetərliyini səciyyələndirən məlumatları əldə etmək məqsədilə təsadüfi qaydada seçilmiş ev təsərrüfatları arasında sorğu yolu ilə statistik müayinə keçirir.
Dövriliyi
           İllik
Təqdim olunma muddəti
          Seçmə statistik müayinə ; 31 oktyabr
Müşahidə dairəsi
          Seçmə
Uçot vahidi
          Seçməyə düşmüş ev təsərrüfatları
İstifadə olunduğu sahə
          Ev təsərrüfatları büdcələrinin statistikası , Ərzaq balansları statistikası , Əhalinin həyat şəraitinin tədqiqatı statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +994 12 377-10-70 (22-46), faks; +99412 538 24 42
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Məqsəd il ərzində əhalinin müxtəlif təbəqələrinin ərzağa iqtisadi və fiziki əlyetərliyi səviyyəsinin statistik qiymətləndirilməsidir.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, tədqiqatçılar, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Seçmə müşahidə
Məlumat mənbələri
          Seçməyə düşmüş respondentlərin ilkin məlumatları
Məlumatların toplanması forması
          Məlumatlar təsadüfi qaydada seçilmiş ev təsərrüfatı başçısının cavabları əsasında, sorğunu aparan şəxs tərəfindən planşet tipli kompüterlər vasitəsilə real vaxt rejimində Dövlət Statistika Komitəsinin məlumat bazasına daxil edilir.
Hazır olma vaxtı
          23 dekabr
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formasının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Avropa Statistika Bürosu (Avrostat) və Dünya Bankının metodologiyasına və tövsiyələrinə uyğun olaraq, ölkənin bütün iqtisadi rayonlarını əhatə etməklə reprezentativ seçmə üsulu ilə rübdə 10200 ev təsərrüfatında sorğu həyata keçirmiş və həmin ev təsərrüfatlarında 42000-ə yaxın şəxsin fərdi sorğusu təşkil olunmuşdur.
Göstəricilərin izahı
          Dövlət Statistika Komitəsi həyata keçirdiyi sorğu vasitəsilə ölkədə sosial və iqtisadi siyasət sahəsində uğurlu qərarlar qəbul edilməsi üçün lazım olan statistik məlumatların toplanması işini təşkil edir və əhalinin müxtəlif ictimai qrupları üzrə həyat səviyyəsi haqqında statistika məlumatları almaq məqsədilə ailə büdcələrini öyrənir. Təmsilli seçmə aparmaq məqsədilə əhalinin siyahıyaalınması materiallarından istifadə olunmaqla bütün ev təsərrüfatlarının elektron məlumat bazası yaradılmışdır. Bu baza əsasında bütün iqtisadi rayonları əhatə edən yeni reprezentativ seçmə şəbəkəsindən istifadə olunur.
Təsnifatlar
          İnzibati ərazi bölgüsü təsnifatı, 2024, "İnzibati Ərazi Bölgüsü Təsnifatı"nın 2020-ci ilədək qüvvədə olan versiyası ilə yeni versiyası arasında keçid "açarları"
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir. Xətaların qeydiyyatı aparılmır, aşkarlandıqda aradan qaldırılır.
Seçmə xətası
          Seçmə xətaları hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Məlumatların toplanması Statistik işlər proqramına əsasən həyata keçirilir
Digər sahələrlə əlaqəsi
          Ev təsərrüfatları büdcələrinin statistikası , Əhalinin həyat şəraitinin tədqiqatı statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          Dayanıqlı inkişaf məqsədləri
Nəşr:bülleten
          Əhalinin ərzağa əlyetərliyi üzrə statistik müayinənin yekunları
Arxivləşdirmə
          Kağız, elektron