Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          İstehlak
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Energetika və ətraf mühit statistikası şöbəsi
1.3Əlaqə üçün məsul şəxs  Emil Məmmədov
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  şöbə müdiri
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  emil.mammadov@stat.gov.az
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  (+99412) 377 10 70 daxili: 2224, 2214
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  +99412 538 24 42
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi   01.07.2014
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 01.07.2014
2.3Metaməlumatların son yenilənməsi tarixi 05.03.2024
3Statistik təqdimat  
3.1Məlumatların izahı Enerji balansında istehlak - enerji məhsullarının müəssisə və təşkilatların fəaliyyət göstərməsindən ötrü onların tələbatlarının ödənilməsi və ehtiyaclarının təmin edilməsi başa düşülür. Energetika müəssisələrində istehlak olunmuş energetika energetika məhsullarından bu müəssisələrin fəaliyyətini təmin etmək üçün istifadə edilir. Enerjinin son istehlakçılara verilən energetika məhsulları son istehlak adlandırılır. Son istehlak sektorunda energetika məhsulları uçotdan tamamilə çıxır, yəni transformasiya nəticəsində bu və ya digər energetika məhsuluna çevrilmir.
3.2Təsnifat sistemi  İqtisadi Fəaliyyət Növləri Təsnifatı və İnzibati Ərazi Bölgüsü Təsnifatı,2024. Bütün təsnifatlara giriş:https://stat.gov.az/menu/5/classifications/ Təsnifatlar yalnız azərbaycan dilində mövcuddur.
3.3Əhatə edilən sektor  B seksiyası – Mədənçıxarma sənayesi, C seksiyası – Emal sənayesi, D seksiyası - Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat
3.4Statistik anlayışlar və təriflər  "Enerji balansında istehlak" energetika sektorunun daxili istehlakı və son istehlakının məlumatlarının toplanmasından formalaşır.
3.5Statistik vahid Hüquqi şəxslər
3.6Statistik məcmu  Hüquqi şəxs statusu olan müəssisə və təşkilatlarda enerji məhsullarına dair toplanan məlumatlar əsasında istehlak göstəricisi əlavə hesablama yolu ilə əldə olunur.
3.7İstinad zonası  Azərbaycan Respublikasının inzibati rayonları və şəhərləri.
3.8Vaxt əhatəliyi  Məlumatlar 2005-ci ildən başlayaraq bütün illəri əhatə edir.
3.9Baza dövrü  İqtisadi inkişaf və struktur dəyişiklikləri nəzərə alınaraq baza dövrü dəyişdirilir. Sonuncu baza dövrü 2005-ci ildir.
4Ölçü vahidi  min ton, min kub m., milyon kVt·st, Qkal, min net, teracoul
5Hesabat dövrü  rüblük, illik
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  “Rəsmi statistika haqqında qanun”. BMT-nin statistika şöbəsinin “Enerji statistikasına dair beynəlxalq tövsiyələr”indən, Avrostat və BEA-nın metodologiyalarından istifadə olunur.
6.2Məlumatların təşkilatlararası bölgüsü  Məlumatın hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir. Avrostat, İƏİT, BMT, BEA, NMBT(Neft Məlumatları Birgə Təşəbbüs qrupu), BBOEMA, MDB və s. təşkilatlara məlumatlar təqdim edilir.
7Məxfilik  
7.1Məxfilik siyasəti  • “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf • Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf • ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2Məxfi məlumatların işlənməsi  Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3İstifadəçi girişi  “Rəsmi statistika haqqında” Qanuna uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir.
9Yayım tezliyi   İllik
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Mətbu məlumatların yayım təqviminə uyğun olaraq məlumatlar təhlili məruzə şəklində yayımlanır və Komitənin internet səhifəsində mətbu məlumatlar bölməsində yerləşdirilir https://www.stat.gov.az/.
10.2Nəşrlər  Göstəriciyə dair əsas məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən nəşr edilən illik statistik məcmuələrdə ( avqust ayında "Azərbaycanın statistik göstəriciləri", aprel ayında "Azərbaycan rəqəmlərdə", avqust ayında "Azərbaycanın energetikası") əks olunur. Dövlət Statistika Komitəsinin internet saytında mövcuddur: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
10.3Onlayn məlumat bazası  Hazır cədvəllər bu linkdə mövcuddur. https://www.azstat.org/portal/tblInfo/TblInfoList.do;jsessionid=5BA1AB9F62EA661D2348F9ACDCA89B91#994_013
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5Digər  Avrostat, İƏİT, BMT, BEA, TBMT (Təşkilatların birgə məlumat təşəbbüsü), BBOEMA mütəmadi olaraq müvafiq məlumatlarla təmin olunur. Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin edilir. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır.
10.6Metodologiya üzrə sənədlər  "Enerji balansında istehlak"a dair metodoloji tövsiyələr mövcuddur və metodoloji izahlar bu linkdən əldə edilə bilər: https://www.stat.gov.az/menu/7/other_metadata/
10.7Keyfiyyət üzrə sənədlər  Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar auditi aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür (https://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf ). 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik Biznes-Prosesin Ümumi Modeli” (GSBPM) tətbiq edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında “Energetika statistikası üzrə statistik proseslərin idarə olunması prosesində SBPÜM-in (GSBPM) tətbiqi”nə dair statistika proseslərinin təsviri hazırlanmışdır (https://www.stat.gov.az/menu/2/quality/ ). 2016-cı ildə Özünüqiymətləndirmə anketinin (DESAP) milli versiyası hazırlanmış və 2022-ci ildə 2-energetika №-li (Elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması haqqında) rəsmi statistika hesabatının özünüqiymətləndirməsi keçirilmişdir. İldə 1 dəfədən az olmamaq şərti ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmişdir. Ekspertlərin tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir.
11.2Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  Azərbaycan Respublikasının nazirlik və komitələri, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər
12.2İstifadəçi məmnunluğu İldə bir dəfə energetika statistikası sahəsi üzrə istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. Sonuncu görüş 21.09.2023-cü ildə keçirilmişdir. • İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər.
12.3Dolğunluq  "Enerji balansında istehlak" haqqında məlumatlar tam dolğundur və hər hansı dövr və ya sahə üzrə sual qarşıya çıxmamışdır.
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  Cari il üzrə: Baş məcmu üzrə toplanan ilkin məlumatlarda seçmə xətası (cari il üzrə seçmənin orta xətası) – 0,187
13.2Seçmə xətası  Baş məcmu üzrə toplanan ilkin məlumatlarda seçmə xətası ETSİM tərəfindən hesablanır. Seçmə xətası cari ildə 0.187, əvvəlki ildə 0.107 olmuşdur, yəni əvvəlki illə müqayisədə seçmə xətasının qiyməti cüzi dəyişmişdir.
13.3Qeyri-seçmə xətası  Tətbiq olunmur.
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 185 təqvim, 125 iş günü mövcuddur.
14.2Tam vaxtında yerinə yetirmə  Yekun nəticələrin yayılması “Statistik işlər proqramı”na uyğun olaraq vaxtında həyata keçirilir.
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Bu müayinənin yekun nəticələri ölkə üzrə istehsal olunur. Buna görə də coğrafi müqayisəlilik Azərbaycan üzrə uyğun deyil.
15.2Vaxt üzrə müqayisəlilik  Yekun məlumatlar 2005-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
15.3Sahələrarası uyğunluq  Digər sahələrdə olan statistik məlumatlarla uyğunluq təşkil etmir.
15.4Daxili uyğunluq  Bu müayinənin nəticələrində daxili uyğunluq tam təmin olunmuşdur.
16Xərc və yük  Statistik xərcin və yükün azaldılması məqsədilə hesabatlar onlayn rejimdə toplanır, kiçik müəssisələr məlumatları rüblük dövrülüklə təqdim edirlər.
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların yenilənməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Yenidən baxılma həyata keçirilmir.
18Statistik emal 
18.1İlkin məlumatlar "İstehlak"ın hesablanmasında iştirak edən müəssisə və təşkilatlar ilkin məlumatları başdan-başa müayinə olmaqla energetika statistikası dair rəsmi statistik hesabat formaları vasitəsilə toplanılır.
18.2Məlumatların toplanması dövriliyi  Məlumatlar rüblük və illik dövriliklə toplanılır.
18.3Məlumatların toplanması  Statistik vahidlər onlayn rejimində məlumatları Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edir. Yerli statistika orqanları isə öz növbəsində məlumatların vaxtlı-vaxtlında təqdim edilməsi və keyfiyyətli işlənilməsini təmin edir.
18.4Məlumatlara nəzarət  DSK-da bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxlanılması məqsədilə məntiqi nəzarətlər tətbiq edilib. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əməkdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tərəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
18.5Məlumatların ümumiləşdirilməsi İmpyutasiyalar həyata keçirilmir
18.6Düzəlişlər  Mövsümi düzəlişlər aparılmır.
19Şərh  Əlavə şərh yoxdur.