1 | Əlaqə | |
1.1 | Təşkilat | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi |
1.2 | Təşkilatın məsul struktur bölməsi | Əmək statistikası söbəsi |
1.3 | Əlaqə üçün məsul şəxs | Nemət Xuduzadə |
1.4 | Əlaqə üçün məsul şəxsin vəzifəsi | Şöbə müdiri |
1.5 | Əlaqə üçün məsul şəxsin poçt ünvanı | AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti 81 |
1.6 | Əlaqə üçün məsul şəxsin e-poçtu | nemat.khuduzade@stat.gov.az |
1.7 | Əlaqə üçün məsul şəxsin telefon nömrəsi | +99412 538 61 21; +99412 377 10 70 (daxili 2208) |
1.8 | Əlaqə üçün məsul şəxsin faks nömrəsi | Yoxdur |
2 | Metaməlumatların yenilənməsi | |
2.1 | Metaməlumatların son təsdiq tarixi | 13.08.2014 |
2.2 | Metaməlumatların son yerləşdirilməsi tarixi | 13.08.2014 |
2.3 | Metaməlumatların son yenilənməsi tarixi | 30.10.2024 |
3 | Statistik təqdimat | |
3.1 | Məlumatların izahı | Orta aylıq nominal əməkhaqqının hesablanması sahibkarlıq subyekti olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları tərəfindən təqdim olunan rəsmi statistika hesabatı əsasında aparılır. |
3.2 | Təsnifat sistemi | "İqtisadi fəaliyyət növləri təsnifatı";
"Məşğulluq təsnifatı";
"Mülkiyyət növlərinin statistik təsnifatı";
"İnzibati Ərazi Bölgüsü Təsnifatı 2024".
https://stat.gov.az/menu/5/classifications/ |
3.3 | Əhatə edilən sektor | İqtisadiyyatın bütün fəaliyyət növləri əhatə edilir. |
3.4 | Statistik anlayışlar və təriflər | Orta aylıq nominal əməkhaqqı hesablanmış əməkhaqqı fondunun faktiki işləmiş muzdlu işçilərin orta siyahı sayına bölünməsi ilə müəyyən edilir. Əməkhaqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Muzdla işləyənlər-Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər. Faktiki işləmiş muzdlu işçilərin orta siyahı sayı - sosial və ödənişsiz məzuniyyətdə olan şəxslər istisna olmaqla muzdlu işçilərin hesabat ayının qeyri-iş günləri də daxil hər bir təqvim günü üçün siyahı sayının cəminin hesabat ayındakı təqvim günlərinin sayına bölünməsindən alınan nisbətdir. |
3.5 | Statistik vahid | Hesabat dövründə fəaliyyət göstərən bütün statistik vahidlər. |
3.6 | Statistik məcmu | İqtisadi fəaliyyət növləri üzrə statistik vahidlərdə çalışan muzdla işləyənlərin sayı və onların orta aylıq əməkhaqqı. |
3.7 | İstinad zonası | Azərbaycan Respublikası üzrə |
3.8 | Vaxt əhatəliyi | 1993-cü ildən rüblük, illik, 1999-cu ildən aylıq. |
3.9 | Baza dövrü | 1993-cü ildən başlayaraq istənilən dövr baza dövrü kimi istifadə edilə bilər. |
4 | Ölçü vahidi | Orta aylıq nominal əməkhaqqı – manat, muzdla işləyənlərin sayı – nəfər, işlənmiş iş saatları – saat. |
5 | Hesabat dövrü | Aylıq, rüblük və illik |
6 | İnstitusional mandat | |
6.1 | Hüquqi aktlar və digər razılaşmalar | "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunu və digər aidiyyəti qanunvericilik aktları. |
6.2 | Məlumatların təşkilatlararası bölgüsü | Orta aylıq nominal əməkhaqqının hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir. |
7 | Məxfilik | |
7.1 | Məxfilik siyasəti | “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır. https://e-qanun.az/framework/8882 Mikro məlumatlara giriş Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların konfidensiallığının qorunması 2016-cı il 23 noyabr tarixli 19/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti” sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf |
7.2 | Məxfi məlumatların işlənməsi | Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır. |
8 | Yayım (nəşr) siyasəti | |
8.1 | Yayım (nəşr) təqvimi | Bu göstərici üzrə məlumatın yayılması “Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair” təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. |
8.2 | Yayım təqviminə giriş | Yayım təqvimi Dövlət Statistika Komitəsinin internet səhifəsində “Elektron xidmətlər” bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/ |
8.3 | İstifadəçi girişi | “Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, media və digər vasitələrdən istifadə edilir. Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamla təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf |
9 | Yayım tezliyi | Aylıq, Rüblük, İllik |
10 | Bərabər giriş və aydınlıq | |
10.1 | Mətbu məlumat | Mətbu məlumatların yayım təqviminə uyğun olaraq orta aylıq nominal əməkhaqqına dair məlumatlar hər ay Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində yayımlanır. |
10.2 | Nəşrlər | Göstəriciyə dair məlumatlar: "Əmək bazarı", "Azərbaycanın statistik göstəriciləri", "Azərbaycanda qadınlar və kişilər" məcmuələri Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində mövcuddur:
http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/ |
10.3 | Onlayn məlumat bazası | Bu göstərici haqqında məlumat onlayn məlumat bazasında mövcuddur. https://www.stat.gov.az/source/labour/az/004_2-3.xls |
10.4 | Mikroməlumatlara giriş | Mikro məlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf |
10.5 | Digər | Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır.
Ölkə daxili və xarici istifadəçilər, o cümlədən Beynəlxalq Əmək Təşkilatı, Avropa Statistika Bürosu və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq sorğunun nəticələrinə dair məlumatlar ilə təmin olunur. |
10.6 | Metodologiya üzrə sənədlər | Metodoloji izahlar (yalnız azərbaycan dilində) bu linkdən əldə edilə bilər http://www.stat.gov.az/menu/7/other_metadata/ |
10.7 | Keyfiyyət üzrə sənədlər | Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/ |
11 | Keyfiyyətin idarə olunması | |
11.1 | Keyfiyyət təminatı | Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir. 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. https://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf
İldə 1 dəfədən az olmamaq şərti ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmişdir. Ekspertlərin tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir.
2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik Biznes-Prosesin Ümumi Modeli” (GSBPM) tətbiq edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında “Əmək statistikasına dair 1-əmək №-li rəsmi statistika hesabatı üzrə statistik proseslərin idarə olunması prosesində SBPÜM-in (GSBPM) tətbiqi”nə dair statistika proseslərinin təsviri hazırlanmışdır. (https://www.stat.gov.az/menu/2/quality/az/gsbpm/labour/01_sb.pdf)
2016-cı ildə özünüqiymətləndirmə anketinin (DESAP) milli versiyası hazırlanmış və 2019-cu ildə Avrostatın cəlb etdiyi beynəlxalq ekspertlər tərəfindən əməkhaqqı, əmək xərcləri və vakansiyaları özündə əks etdirən “Əməkhaqqı statistikası” üzrə sektoral qiymətləndirmə keçirilmişdir. |
11.2 | Keyfiyyət qiymətləndirilməsi | Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır.
Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur. |
12 | Aktuallıq | |
12.1 | İstifadəçi tələbatları | Orta aylıq nominal əməkhaqqı göstəricisi beynəxalq təşkilatların rəhbər orqanların, media, tədqiqatçıların, ümumilikdə geniş ictimaiyyətin nümayəndələrinin diqqət mərkəzindədir. |
12.2 | İstifadəçi məmnunluğu | İldə bir dəfə əmək statistikası sahəsi üzrə istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar. |
12.3 | Dolğunluq | Orta aylıq nominal əməkhaqqı barədə məlumat mövcuddur və tam dolğundur. |
13 | Dəqiqlik və etibarlılıq | |
13.1 | Ümumi dəqiqlik | Belə qiymətləndirmə aparılmamışdır. Bu sahədə məlumatların dəqiqlik səviyyəsini artırmaq məqsədilə yerli statistika orqanlarının müvafiq mütəxəssisləri üçün təlimati seminarlar keçirilir, metodologiyalar daima təkmilləşdirilir. Eyni zamanda statistik vahidlər tərəfindən daxil edilən ilkin məlumatlar məntiqi olaraq yoxlanılır. |
13.2 | Seçmə xətası | Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır. |
13.3 | Qeyri-seçmə xətası | Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları” ilə tənzimlənir. |
14 | Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə | |
14.1 | Vaxtlı-vaxtında olma | Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Yerli statistika orqanları üçün statistik işlər proqramı” ilə müəyyən edilmiş vaxtda yerli statistika orqanlarından aylıq, rüblük və illik məlumatlar təqdim olunur. |
14.2 | Tam vaxtında yerinə yetirmə | Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır. |
15 | Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik | |
15.1 | Coğrafi müqayisəlilik | Ölkə üzrə cəmi, həmçinin iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə hesablanır. |
15.2 | Vaxt üzrə müqayisəlilik | Dinamika sıraları davamlı şəkildə verilir və fasilələr nəzərdə tutulmur. |
15.3 | Sahələrarası uyğunluq | Əlaqəli statistika yoxdur. |
15.4 | Daxili uyğunluq | İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında fərq yarana bilər. |
16 | Xərc və yük | Məlumatların respondentlərdən onlayn anket formalarla toplanılması effektivliyin yüksəldilməsi üçün ən mühüm addımlardan biridir. Həmçinin, mütəmadi olaraq respondentlərə düşən yükün aşağı salınması sahəsində daimi işlər görülür: məsələn, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər üçün məlumatlar artıq toplanmır. Bundan əlavə, aktuallığını itirmiş və ehtiyac duyulmayan göstəricilərin müəyyən edilməsi üçün mütəmadi qiymətləndirmələr keçirilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 30 aprel tarixli 16/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Respondentlərə düşən statistik yükün azaldılması ilə bağlı konsepsiya" mövcuddur. |
17 | Məlumatların dəqiqləşdirilməsi | |
17.1 | Məlumatların dəqiqləşdirilməsi siyasəti | Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti" üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Dövlət Statistika Komitəsinin internet səhifəsində “statistik nəşrlər” bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf |
17.2 | Məlumatların dəqiqləşdirilməsi təcrübəsi | Belə təcrübə mümkündür. |
18 | Statistik emal | |
18.1 | İlkin məlumatlar | 1-əmək №-li forma (Əmək üzrə hesabat); 4-əmək №-li forma (İşçilərin sayı, hərəkəti və əməkhaqqı fondu haqqında) |
18.2 | Məlumatların toplanması dövriliyi | Kiçik, orta və iri sahibkarlıq subyektləri, publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları aylıq dövriliklə, mikro sahibkarlıq subyektləri, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları rüblük dövriliklə, sahibkarlıq subyekti olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları isə illik dövriliklə toplanır. |
18.3 | Məlumatların toplanması | Məlumatlar statistik vahidlər tərəfindən real vaxt rejimində elektron formada təqdim edilir. |
18.4 | Məlumatlara nəzarət | Hesabat elektron formada təqdim olunur. Hesabat üzrə toplanması nəzərdə tutulan məlumatın həcminin tamlığına və düzgünlüyünə nəzarət www.stat.gov.az saytı vasitəsilə həyata keçirilir. Hesabatın elektron təqdimatı haqqında bütün informasiyalar www.stat.gov.az saytında nəzərdə tutulmuşdur. |
18.5 | Məlumatların ümumiləşdirilməsi | Məlumatların keyfiyyətinə nəzarət zamanı aşkar edilmiş uyğunsuzluqların redaktəsi makro səviyyədə də həyata keçirilir, yəni ayrı-ayrı göstəricilərin təsviri statistikası regionlar, rayonlar, şəhər və kənd səviyyəsində hesablanır. Bu zaman mühüm kəmiyyət göstəricilərinin orta kəmiyyəti, median qiyməti, orta kəmiyyətin xətası, standart kənarlaşma, variasiya əmsalı, dayanıqlıq əmsalı və s. riyazi-statistik xarakteristikalar müəyyən olunur. Variasiyası böyük olan göstəricilər ayrılıqda redaktə üçün tədqiq olunur. Nəzarət zamanı buraxılmış məlumatların şərti bərpası (impyutasiyası) müvafiq metodlarla həyata keçirilir. Düzəlişlərin aparılması və boşluqların (buraxılmış göstəricilərin) bərpası zamanı orta kəmiyyət, yaxın qonşu, reqressiya modeli və s. üsullardan istifadə olunur.
Cavab verməyən ev təsərrüfatları çəkilərin yenidən hesablanmasında nəzərə alınır. |
18.6 | Düzəlişlər | Online məlumat bazasına baxış zamanı müəyyən uyğunsuzluqlar aşkar edilərsə hesabat dövrü bitmədən yerli statistika orqanına və hesabatı təqdim edən hüquqi şəxslərə məlumat verilir və müvafiq düzəlişlər aparılır. |
19 | Şərh | Əlavə şərh yoxdur. |