| |
| Hesabat forması haqqında inzibati məlumatlar |
| |
| Kodu |
| 03101002 |
| Hesabatın adı |
| Xarici investisiyalar və xidmətlər üzrə əməliyyatlar haqqında 1 - invest №-li rəsmi statistika hesabat forması |
| Təsdiq olunma tarixi |
| Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 14 yanvar 2016-cı il tarixli, 1/08N-li qərarı ilə təsdiq edilmişdir. |
| Qısa məzmunu |
| Xarici investisiyalar və xidmətlər üzrə əməliyyatlar haqqında. |
| Dövriliyi |
| Rüblük |
| Təqdim olunma müddəti |
| hesabat dövründən sonrakı ayın 20-dək | //Kiçik olmayan sahibkarlıq subyektləri
| Müşahidə dairəsi |
| Xarici ölkələrdən investisiya alan və xarici ölkələrə investisiya yönəldən bütün müəssisə və təşkilatlar, konsern və birliklər,habelə xarici investisiyalı müəssisələr. |
| Uçot vahidi |
| Hüquqi şəxs |
| İstifadə olunduğu sahə |
| Qeyri-dövlət xarici borc və beynəlxalq investisiyalar statistikası |
| Cavabdeh şöbənin əlaqə nömrəsi |
| (012)377-10-70 (22-04) |
| |
| Hesabatın məqsədi və istifadə sferası |
| |
| Məqsəd və tərtib tarixi |
| Hesabat üzrə məlumatlar ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələr, onların filial və nümayəndəlikləri, habelə xarici investisiyalar cəlb edən və xarici ölkələrə investisiya yönəldən, qeyri-rezidentlərin xidmətlərindən istifadə edən və onlara xidmət göstərən bütün müəssisə və təşkilatlar tərəfindən rüblük dövriliklə hesabat formasının üzərində göstərilən müddətdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim edilir. |
| İstifadəçilər |
| Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar |
| |
| Statistik məhsul üçün məlumat işlənməsi |
| |
| Məcmu |
| Müvafiq siyahı əsasında |
| Məlumat mənbələri |
| Hüquqi şəxslər (müəssisə) |
| Məlumatların toplanması forması |
| Hesabat www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim edilir. |
| Hazır olma vaxtı |
| Hesabat dövründən sonra 45-ci gün |
| Keyfiyyətə nəzarət və baxış |
| Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir. |
| |
| Konsepsiya və təsnifatlar |
| |
| Əsas konsepsiya
|
| 1-invest №-li (rüblük) rəsmi statistika hesabatı forması “Beynəlxalq standartlara uyğun xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 aprel tarixli, 118 nömrəli qərarına uyğun olaraq hazırlanmış və ölkə rezidentlərinin xarici investisiyalar və qeyri-rezidentlərlə xidmətlər üzrə apardıqları əməliyyatlarına dair zəruri məlumatların əldə edilməsi üçün nəzərdə tutulmuşdur. |
| Göstəricilərin izahı
|
| Birbaşa investor - müəssisənin sahibi olan, yaxud onun səhmlərinin və ya nizamnamə kapitalının 10 faizdən az olmayan hissəsinə nəzarət edən və müəssisənin yerləşdiyi ölkənin rezidenti olmayan fiziki və ya hüquqi şəxsdir.
Birbaşa investisiya – müəssisə və onun birbaşa investoru (birbaşa investorları) arasında bütün maliyyə əməliyyatlarını əhatə edir. Birbaşa investisiyaları əks etdirən maliyyə əməliyyatları əsasən aşağıdakılardır:
a) səhm və payların alqı-satqısı;
b) bölüşdürülməmiş gəlirlərin reinvestisiya edilməsi;
c) müəssisələrarası borclar (debitor və kreditor borcları, maliyyə kreditləri və digər borc öhdəlikləri). |
| Təsnifatlar |
| Mülkiyyət növlərinin statistik təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı, İqtisadiyyatın institusional sektorlarının təsnifatı , Dünya ölkələri |
| |
| Xətalar və uyğunsuzluqlar |
| |
| Məlumatların xətaları
|
| Yekun məlumatlar üzrə xüsusi Excel funksiyalarının köməyi ilə əvvəlki rübün hesabat məlumatları valyuta, ölkə, sətir kodu və məbləğ göstəriciləri üzrə müqayisə edilərək aşkar olunan uyğunsuzluqlar aradan qaldırılır. |
| Seçmə xətası
|
| Ölkə, valyuta növü, əməliyyatların həcminin böyüklüyü və s. məlumatlar üzrə məntiqi yoxlamalar nəticəsində aşkarlanan səhvlər statistik vahidlərlə aydınlaşdırılaraq aradan qaldırılır. |
| |
| Vaxtında toplama və digər sahələrlə əlaqəsi |
| |
| Vaxtlılıq
|
| Statistik işlər planına uyğun olaraq hesabat məlumatlarının toplanması vaxtı müəyyən edilir. |
| Digər sahələrlə əlaqəsi |
| Qeyri-dövlət xarici borc və beynəlxalq investisiyalar statistikası |
| |
| Məlumatların əldə olunması |
| |
| İnternet ünvanı
|
| www.stat.gov.az |
| Hesabat dili |
| Azərbaycan |
| Nəticə dili |
| Azərbaycan |
| Nəşr:yekunlar |
| |
| Nəşr:bülleten |
| |
| Arxivləşdirmə
|
| Elektron |