Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03103433
Hesabatın adı
          1-maddi imkanlar №-li forma-Ev təsərrüfatlarının bəzi mal və xidmətlərə əlyetərliyi və digər imkanları haqqında
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 19 dekabr 2022-ci il tarixli 10/03s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Sorğuya düşən ev əsərrüfatları arasında ayrı-ayrı minimum vacib fizioloji tələbatların ödənilməsi, şəxsin fiziki inkişafı ilə əlaqədar minimum istehlak təminatı və rifah səviyyəsinin öyrənilməsi barədə statistik məlumatlar əldə edilir.
Dövriliyi
           İllik
Təqdim olunma muddəti
          Seçmə statistik müayinə ; dekabr ayının 10-dək
Müşahidə dairəsi
          
Uçot vahidi
          Seçməyə düşmüş ev təsərrüfatları
İstifadə olunduğu sahə
          Əhalinin həyat şəraitinin tədqiqatı statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +994 12 377-10-70 (22-46), faks:+99412 538 24 42
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Sorğunun məqsədi ev təsərrüfatları arasında ayrı-ayrı minimum vacib fizioloji tələbatların ödənilməsi, şəxsin fiziki inkişafı ilə əlaqədar minimum istehlak təminatı və rifah səviyyəsinin öyrənilməsi məqsədilə mümkün məhrumiyyət hallarının yayılması barədə məlumatların əldə edilməsi və ev təsərrüfatlarının əsas istehlak tələbatlarını ödəmə imkanlarının araşdırılmasıdır.
İstifadəçilər
          Dövlət orqanları
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Seçmə müşahidə
Məlumat mənbələri
          Seçməyə düşmüş respondentlərin ilkin məlumatları
Məlumatların toplanması forması
          
Hazır olma vaxtı
          Mart ayının 31-dək
Keyfiyyətə nəzarət və baxış
          Vizual və elektron nəzarət proqramı vasitəsilə
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Avropa Parlamenti və Şurasının (EU-SILC) 1177/2003 nömrəli Qətnaməsinə əsasən Aİ ölkələrində icbari qaydada aparılan “Gəlirlər və həyat şəraiti statistikası (EU SILC)” sorğusunun metodologiyasını öyrənərək sözügedən sorğunu həyata keçirmişdir
Göstəricilərin izahı
          Tədqiqat işi üzrə təlimatda müfəssəl məlumatlar mövcuddur.
Təsnifatlar
          İnzibati ərazi bölgüsü təsnifatı, 2024, Ev təsərrüfatlarında şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı , Ev təsərrüfatlarında şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı ilə Məhsul növləri təsnifatının 3-cü versiyası arasında keçid açarı , "İnzibati Ərazi Bölgüsü Təsnifatı"nın 2020-ci ilədək qüvvədə olan versiyası ilə yeni versiyası arasında keçid "açarları"
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətaların qeydiyyatı aparılmır, aşkarlandıqda aradan qaldırılır.
Seçmə xətası
          Hər ilin sonunda növbəti il üçün tədqiqat aparılacaq ev təsərrüfatlarının siyahısı yenidən aktuallaşdırılır ki, bu da il ərzində xətaların səviyyəsini sıfıra endirir.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Məlumatların toplanması Statistik işlər proqramına əsasən həyata keçirilir
Digər sahələrlə əlaqəsi
          Seçmə
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          
Nəşr:bülleten
          Məhrumiyyətlərə və sosial inklüzivliyə dair statistik müayinənin yekunları
Arxivləşdirmə
          Kağız, elektron