| |
| Hesabat forması haqqında inzibati məlumatlar |
| |
| Kodu |
| 03108044 |
| Hesabatın adı |
| 1-ticarət №-li forma (Malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında) |
| Təsdiq olunma tarixi |
| Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 8 iyun 2022-ci il tarixli 16/13 №-li qərarı ilə təsdiq edilmişdir. |
| Qısa məzmunu |
| Hüquqi şəxs statuslu müəssisələrin ticarət fəaliyyətinə dair məlumatlar: pərakəndə, topdansatış ticarət dövriyyəsi, əmtəə qalığı, ticarət və anbar şəbəkəsi və s. haqqında məlumat |
| Dövriliyi |
| İllik |
| Təqdim olunma müddəti |
| mart ayının 15-dək | //Bütün sahibkarlıq subyektləri
| Müşahidə dairəsi |
| Hüquqi şəxslərin müəssisələri |
| Uçot vahidi |
| Hüquqi şəxs |
| İstifadə olunduğu sahə |
| Cari və illik hesabatlar statistikası, Daxili ticarət statistikası , Ərzaq balansları statistikası |
| Cavabdeh şöbənin əlaqə nömrəsi |
| (012)538-77-25 |
| |
| Hesabatın məqsədi və istifadə sferası |
| |
| Məqsəd və tərtib tarixi |
| Hesabatın əsas məqsədi ticarət sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin ticarət fəaliyyəti haqqında məlumatların toplanmasıdır. Hesabat forması ilk dəfə 1999-cu ildə təsdiq edilmiş və mütəmadi olaraq təkmilləşdirmə nəticəsində müxtəlif dəyişikliklərə məruz qalmışdır. |
| İstifadəçilər |
| Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar |
| |
| Statistik məhsul üçün məlumat işlənməsi |
| |
| Məcmu |
| Bütün müəssisələr |
| Məlumat mənbələri |
| Hüquqi şəxslər (müəssisə) |
| Məlumatların toplanması forması |
| Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur. |
| Hazır olma vaxtı |
| martın 30-dək |
| Keyfiyyətə nəzarət və baxış |
| Hesabat göstəricilərinin yoxlanılması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir. |
| |
| Konsepsiya və təsnifatlar |
| |
| Əsas konsepsiya
|
| 2006-cı ilin 7-10 mart tarixində Nyu-York şəhərində keçirilmiş, Birləşmiş Millətlər Təşkilatının Statistika komissiyasının 37-ci sessiyasında qəbul edilmiş qərarına uyğun olaraq hazırlanmış Pərakəndə və topdansatış ticarət statistikası üzrə beynəlxalq tövsiyyələr, 2008-ci il.
SBS-ilə əlaqədar Avropa Parlamenti və Şurasının 11/03/2008-ci il tarixli, 295/2008 saylı qərarının yerinə yetirilməsi ilə əlaqədar Komissiyanın 11/03/2009-cu il tarixli, 250/2009 saylı qərarı |
| Göstəricilərin izahı
|
| Hesabatda olan göstəricilərin izahı 1-ticarət hesabat formasının doldurulmasına dair göstərişdə verilmişdir. |
| Təsnifatlar |
| Mülkiyyət növlərinin statistik təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı, Təşkilati-hüquqi formaların statistik təsnifatı, Məhsul növləri təsnifatı, Ölçü vahidləri təsnifatı |
| |
| Xətalar və uyğunsuzluqlar |
| |
| Məlumatların xətaları
|
| SPSS proqram paketini tətbiq etməklə hər bir göstərici üzrə orta kəmiyyət, standart kənarlaşma, variasiya əmsalı hesablanılır, gizlədilmiş həcmlər müəyyən edilir. |
| Seçmə xətası
|
| Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır. |
| |
| Vaxtında toplama və digər sahələrlə əlaqəsi |
| |
| Vaxtlılıq
|
| Hesabat məlumatlarının toplanması statistik İşlər Proqramına əsasən həyata keçirilir. |
| Digər sahələrlə əlaqəsi |
| Ictimaiyyətlə əlaqələr , İnformasiya texnologiyaları, Cari və illik hesabatlar statistikası, Müəssisələr statistikası , Sənaye statistikası , Tikinti statistikası , Nəqliyyat statistikası, Rabitə statistikası, İstehlak qiymətləri statistikası |
| |
| Məlumatların əldə olunması |
| |
| İnternet ünvanı
|
| www.stat.gov.az |
| Hesabat dili |
| Azərbaycan |
| Nəticə dili |
| Azərbaycan, İngilis |
| Nəşr:yekunlar |
| Azərbaycanda ticarət |
| Nəşr:bülleten |
| |
| Arxivləşdirmə
|
| Elektron |