| |
| Hesabat forması haqqında inzibati məlumatlar |
| |
| Kodu |
| 03109090 |
| Hesabatın adı |
| 5-aviasiya (Aviasiya nəqliyyatının işinin əsas göstəriciləri haqqında) |
| Təsdiq olunma tarixi |
| Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 11 iyun tarixli 39/9 nömrəli qərarı ilə təsdiq edilmişdir. |
| Qısa məzmunu |
| Aviasiya nəqliyyatının işinin əsas göstəriciləri, yük və sərnişin daşınması, onların dövriyyəsi haqqında |
| Dövriliyi |
| Aylıq |
| Təqdim olunma müddəti |
| Hesabat ayından sonrakı ayın 4-cü iş günü | //Bütün sahibkarlıq subyektləri
| Müşahidə dairəsi |
| Hava nəqliyyatı ilə yük və sərnişin daşınmasını həyata keçirən müəssisələr (İFNT üzrə kodu - 51) |
| Uçot vahidi |
| Hüquqi şəxs |
| İstifadə olunduğu sahə |
| Registr |
| Cavabdeh şöbənin əlaqə nömrəsi |
| (012)377-10-70, daxili 2234 |
| |
| Hesabatın məqsədi və istifadə sferası |
| |
| Məqsəd və tərtib tarixi |
| Hesabatın əsas məqsədi hava nəqliyyatının işinin əsas göstəriciləri haqqında məlumatları toplamaq, onları qruplaşdırmaq, məcmuə məlumatlarına daxil etmək və istfadəçilərə məlumat verməkdir. Hesabat forması 1991-ci ildən tətbiq olunur (dəyişikliklər edilməklə). |
| İstifadəçilər |
| Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar |
| |
| Statistik məhsul üçün məlumat işlənməsi |
| |
| Məcmu |
| Müvafiq siyahı əsasında |
| Məlumat mənbələri |
| Hüquqi şəxslər (müəssisə) |
| Məlumatların toplanması forması |
| Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatın elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur. |
| Hazır olma vaxtı |
| Məlumatların yekunu hər ayın ikinci ongünlüyündə hazı olunur. Nəşrlərin təqvim planına uyğun olaraq məlumatların nəşri təmin olunur. |
| Keyfiyyətə nəzarət və baxış |
| Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir. |
| |
| Konsepsiya və təsnifatlar |
| |
| Əsas konsepsiya
|
| Hesabatda olan göstəricilər nəqliyyat sahəsində statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Beynəlxalq təşkilatlar, o cümlədən Avrostat, Beynəlxalq Nəqliyyat Forumu, İqtsadi Əməkdaşlıq və İnkşaf Təşkilatı və sair tərəfindən müəyyənləşdirilmış göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istfadə olunur. |
| Göstəricilərin izahı
|
| “Aviasiya nəqliyyatının işinin əsas göstəriciləri haqqında” 5-aviasiya nömrəli aylıq rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş.Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 11 iyun tarixli 39/9 nömrəli qərarı ilə təsdiq edilmişdir. |
| Təsnifatlar |
| Mülkiyyət növlərinin statistik təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı |
| |
| Xətalar və uyğunsuzluqlar |
| |
| Məlumatların xətaları
|
| Məlumatların qəbulunda və istfadəsində xəta aşkar olunduqda şifahi və yazılı qaydada respondentə məlumat verilir, müvafiq düzəlişlər edilir və hesabat yenidən təqdim olunur. Xətaların qeydiyyatı aparılır. |
| Seçmə xətası
|
| Müşahidələr başdan-başa aparılır və seçmə xətası hesablanmır. |
| |
| Vaxtında toplama və digər sahələrlə əlaqəsi |
| |
| Vaxtlılıq
|
| İşlər Statistik işlər proqramına, rüblük iş planlarına uyğun müəyyən olunmuş vaxtda həyata keçirilir. |
| Digər sahələrlə əlaqəsi |
| Registr |
| |
| Məlumatların əldə olunması |
| |
| İnternet ünvanı
|
| www.stat.gov.az |
| Hesabat dili |
| Azərbaycan |
| Nəticə dili |
| Azərbaycan, İngilis |
| Nəşr:yekunlar |
| |
| Nəşr:bülleten |
| |
| Arxivləşdirmə
|
| Kağız, elektron |