| |
| Hesabat forması haqqında inzibati məlumatlar |
| |
| Kodu |
| 03117250 |
| Hesabatın adı |
| 12-qiymət (kənd təsərrüfatı) №-li forma (Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri haqqında) |
| Təsdiq olunma tarixi |
| Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 06 dekabr tarixli 49/04 №-li qərarı ilə təsdiq edilmişdir. |
| Qısa məzmunu |
| Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri haqqında hesabat |
| Dövriliyi |
| Aylıq |
| Təqdim olunma müddəti |
| Hesabat dövründən sonrakı ayın 2-ci iş günündən gec olmayaraq | //Bütün sahibkarlıq subyektləri
| Müşahidə dairəsi |
| Kənd təsərrüfatı müəssisələri, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları. |
| Uçot vahidi |
| Yerli vahid |
| İstifadə olunduğu sahə |
| Beynəlxalq informasiya təminatı , Bitkiçilik statistikası , Heyvandarlıq statistikası, Meşə təsərrüfatı statistikası, Balıqçılıq statistikası, İstehsalçı qiymətləri statistikası |
| Cavabdeh şöbənin əlaqə nömrəsi |
| (012)377-10-70 (22-55) |
| |
| Hesabatın məqsədi və istifadə sferası |
| |
| Məqsəd və tərtib tarixi |
| Hesabatın əsas məqsədi kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinə dair məlumatların toplanması və bu sahədə qiymət indekslərinin hesablanması və nəşridir. Hesabat 2003-cü ilin yanvar ayından etibarən tətbiq olunur. |
| İstifadəçilər |
| Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar |
| |
| Statistik məhsul üçün məlumat işlənməsi |
| |
| Məcmu |
| Seçmə müşahidə |
| Məlumat mənbələri |
| Yerli vahid (hüquqi şəxs statusu olmayan), Hüquqi şəxslər (müəssisə) |
| Məlumatların toplanması forması |
| Hesabat elektron sənəd formasında təqdim olunur. Hesabatın elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur. |
| Hazır olma vaxtı |
| Hesabat ayından sonrakı ayın 5-ci iş günü |
| Keyfiyyətə nəzarət və baxış |
| Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir. |
| |
| Konsepsiya və təsnifatlar |
| |
| Əsas konsepsiya
|
| Hesabatda olan göstəricilər BMT, Avrostat, BVF və digər beynəlxalq təşkilatların metodoloji vasitələri və tövsiyələri əsasında tərtib olunmuşdur. |
| Göstəricilərin izahı
|
| Hesabatda olan göstəricilərin izahı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 06 dekabr tarixli 49/04 №-li qərarı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri haqqında" 12-qiymət (kənd təsərrüfatı) №-li aylıq rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş"də verilmişdir. |
| Təsnifatlar |
| Mülkiyyət növlərinin statistik təsnifatı, İqtisadi fəaliyyət növləri təsnifatı, Təşkilati-hüquqi formaların statistik təsnifatı, Dövlət idarəetmə orqanlarının funksiyalarının təsnifatı |
| |
| Xətalar və uyğunsuzluqlar |
| |
| Məlumatların xətaları
|
| Hesabat ayı üzrə qiymət məlumatlarının müqayisəsi zamanı xəta və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir. |
| Seçmə xətası
|
| Seçmə xətasının hesablanması həyata keçirilmir. |
| |
| Vaxtında toplama və digər sahələrlə əlaqəsi |
| |
| Vaxtlılıq
|
| Müəssisələr hesabat ayından sonrakı ayın 2-ci iş günündən gec olmayaraq yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron hesabatı (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməlidir. |
| Digər sahələrlə əlaqəsi |
| Bitkiçilik statistikası , Heyvandarlıq statistikası, Meşə təsərrüfatı statistikası, Balıqçılıq statistikası |
| |
| Məlumatların əldə olunması |
| |
| İnternet ünvanı
|
| www.stat.gov.az |
| Hesabat dili |
| Azərbaycan |
| Nəticə dili |
| Azərbaycan |
| Nəşr:yekunlar |
| Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanda qiymətlər |
| Nəşr:bülleten |
| İstehsalçı qiymət indeksləri |
| Arxivləşdirmə
|
| Kağız, elektron |