Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  İqtisadi fəaliyyət növləri təsnifatı (3-cü versiya)
Abreviatura  İFNT (3-cü versiya)
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli, 2583 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair” Dövlət Proqramına uyğun olaraq hazırlanmışdır; Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 14 noyabr 2008-ci il tarixli 28/1 nömrəli kollegiya qərarı ilə təsdiq edilmişdir; Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 22 dekabr 2008-ci il tarixli 155 nömrəli əmri ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  01.01.2009
Əvvəlki versiya  İFNT (2-ci versiya)
Strukturu  Kod və ad hissələrdən ibarət olmaqla beş səviyyədən ibarətdir: 1-ci səviyyə hərf kodu ilə (A-dan U-ya kimi) işarə edilmişdir (21 seksiya); 2-ci səviyyə ikirəqəmli kodla işarə edilmişdir (88 bölmə); 3-cü səviyyə üçrəqəmli kodla işarə edilmişdir (272 qrup); 4-cü səviyyə dördrəqəmli kodla işarə edilmişdir (615 sinif); 5-ci səviyyə beşrəqəmli kodla işarə edilmişdir (747 altsinif).
Qısa təsviri  İqtisadi fəaliyyət növləri təsnifatının (İFNT) 3-cü versiyası İFNT-nin 2-ci versiyasının yenilənmiş redaksiyası hesab edilir və 2006-cı ildə Aİ-nin Qərarı ilə təsdiq olunmuş, Avropa İttifaqında (Aİ) iqtisadi fəaliyyət növləri təsnifatına (NACE Rev. 2) tam uyğun olaraq işlənib hazırlanmışdır. İFNT kodu dördüncü səviyyəyədək NACE Rev.2 kodu ilə üst-üstə düşür. Beşinci səviyyədə isə respublika iqtisadiyyatının xüsusiyyətlərini əks etdirən, lakin NACE Rev.2 təsnifatında sərbəst kodla təsnif olunmayan iqtisadi fəaliyyətləri göstərir. Kodun beşinci rəqəmi ‘0’ olan halda altsiniflə müvafiq sinif eyni fəaliyyət növünü təsnifləşdirir. İFNT-nin həm daxili, həm də beynəlxalq məqsədlər üçün istifadə edilməsini təmin etmək üçün 3-cü sütunda NACE Rev.2, 4-cü sütunda isə ISIC kodları verilmişdir.
Əlaqədar təsnifatlar  Bütün növ iqtisadi fəaliyyət növlərinin beynəlxalq standart sahə təsnifatı (ISIC); Fəaliyyət növləri üzrə məhsulların statistik təsnifatı (CPA); Əsas məhsulların təsnifatı (CPC); Əmtəələrin təsviri və kodlaşdırılmasının həmahəng sistemi (HS); Kombinə edilmiş nomenklatura (CN); Məhsul növləri təsnifatı (MNT); Sənaye məhsullarının statistik təsnifatı,2019 (SMST, 2019); PRODCOM List (List of PRODucts of the European COMmunity).
Təsnifat ailəsi  Fəaliyyətlər
Tətbiq sahəsi Statistik vahidlərin Dövlət reyestri; Milli hesablar və makroiqtisadi göstəricilər statistikası; Sosial statistika; Kənd təsərrüfatı statistikası; Əmək statistikası; Sənaye və tikinti statistikası; Ticarət statistikası; Qiymət statistikası; Həyat keyfiyyətinin statistikası; Energetika və ətraf mühit statistikası; Xidmət statistikası.
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Iqt_nov_tes.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)