Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Məqsədlər üzrə fərdi istehlakın təsnifatı
Abreviatura  MFİT
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2024-cü il 25 dekabr tarixli 8/6 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  01.01.2026
Əvvəlki versiya  Ev təsərrüfatlarında şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı
Strukturu  Təsnifatın kod hissəsi rəqəm kodundan istifadə etməklə kodlaşdırmanın ardıcıl sisteminə və təsnifləşdirmənin iyerarxiya sisteminə malikdir. Kodlar rəqəm işarələrindən istifadə etməklə 5 səviyyədən ibarətdir: • 1-ci səviyyə iki rəqəmli kodla işarə edilmişdir; • 2-ci səviyyə üç rəqəmli kodla işarə edilmişdir; • 3-cü səviyyə dörd rəqəmli kodla işarə edilmişdir; • 4-cü səviyyə beş rəqəmli kodla işarə edilmişdir; • 5-ci səviyyə altı rəqəmli kodla işarə edilmişdir. İlk beş rəqəm BMT-nin “Classification of Individual Consumption by Purpose (COICOP) 2018”in kodları ilə eynilik təşkil edir, altıncı rəqəm isə Dövlət Statistika Komitəsi tərəfindən hər rüb aparılan ev təsərrüfatları büdcələrinin tədqiqatına dair seçmə statistik müayinələrdə və istehlak qiymətləri indeksinin hesablanması üçün hər ay aparılan statistik müşahidələrdə istifadə olunan mal və xidmət növlərinin kodunu əks etdirir. Təsnifatının kod strukturu aşağıda təsvir edilmişdir: XX bölmə; XX.X qrup; XX.X.X sinif; XX.X.X.X altsinif; XX.X.X.X.X növ. Təsnifat mal və xidmətləri 15 bölmə, 63 qrup, 186 sinif, 338 altsinif və 657 növə ayırır. Beynəlxalq təsnifatda ayrıca kodlaşdırılmayan, lakin milli statistika təcrübəsində istifadə olunan mal və xidmətlərin kodları 5-ci səviyyədə əksini tapır.
Qısa təsviri  "Məqsədlər üzrə fərdi istehlakın təsnifatı" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2002-ci il 25 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Ev təsərrüfatlarında şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı”nın yenilənmiş redaksiyasıdır. Bu təsnifat BMT-nin Statistika şöbəsi tərəfindən qəbul edilmiş “Classification of Individual Consumption by Purpose (COICOP) 2018” əsasında hazırlanmışdır. Bu təsnifat Milli Hesablar Sistemi-2008-də (MHS-2008) istifadə edilən xərclər üzrə dörd funksional təsnifatdan biridir. Təsnifatın obyektləri fərdi istehlak üçün ev təsərrüfatları tərəfindən istifadə edilən mal və xidmətlərdir. Təsnifatda ev təsərrüfatlarının istehlakının əsas istiqamətləri (bölmələri) ev təsərrüfatlarının şəxsi istehlak üçün satın aldığı və ya istehsal etdiyi müvafiq mal və xidmətlərin növlərini əhatə edən qruplara, siniflərə və altsiniflərə bölünür. MFİT-nin hazırlanmasında əsas məqsəd milli hesablar sistemi metodologiyasına uyğun olaraq statistik məlumatların toplanması, işlənməsi və yayımlanması üçün tətbiq edilən standartların yenilənməsindən ibarətdir.
Əlaqədar təsnifatlar  Məhsul növləri təsnifatı
Təsnifat ailəsi  Milli hesablar
Tətbiq sahəsi Milli Hesablar və makroiqtisadi göstəricilər statistikası; Ev təsərrüfatı büdcələrinin tədqiqatı; Qiymət statistikası.
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/ https://www.stat.gov.az/menu/5/classifications/source/Meq_ferdi_isteklarin_tesnifati.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)