| Ümumi təsvir |
| Təsnifatın tam adı | Dövlət idarəetmə orqanlarının funksiyalarının təsnifatı |
| Abreviatura | DİOFT |
| Hazırlayan təşkilat | Dövlət Statistika Komitəsi |
| Hüquqi əsas | Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2002-ci il 25 sentyabr tarixli kollegiya qərarı ilə təsdiq edilmişdir;
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin 2002-ci il 09 oktyabr tarixli 02 saylı əmri ilə təsdiq edilmişdir. |
| Tətbiq edilmə tarixi | 20.10.2002 |
| Əvvəlki versiya | - |
| Strukturu | Təsnifat üç səviyyəli detallaşmadan ibarətdir:
1-ci səviyyə ikirəqəmli kodla işarə edilmişdir (10 bölmə);
2-ci səviyyə üç rəqəmli kodla işarə edilmişdir (69 qrup);
3-cü səviyyə dördrəqəmli kodla işarə edilmişdir (109 sinif). |
| Qısa təsviri | Təsnifat son istehlaka, aralıq istehlaka, kapitalın ümumi yığımına yönəldilən xərclər, həmçinin dövlət idarəetmə orqanlarının əsaslı və cari transferləri daxil olmaqla bir sıra əməliyyatların təsnifləşdirilməsi üçün istifadə edilir. Bu təsnifat, həmçinin dövlət idarəetmə orqanları tərəfindən göstərilən fərdi və kollektiv xidmətlərin fərqləndirilməsi üçün də istifadə edilir. Fərdi xidmətlərə çəkilən xərclərə natural formada olan sosial transferlər kimi baxılır. DİOFT-nin əsas tətbiq sahələrindən biri fərdi ev təsərrüfatlarının xeyrinə sərf edilən və MHS-yə əsasən ev təsərrüfatlarının son istehlakının (və ya fərdi istehlakın) ümumiləşdirilmiş faktiki həcminin alınması üçün “Ev təsərrüfatlarında şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı”nın 14-cü bölməsinə köçürülən istehlaka yönəldilmiş xərclərin müəyyənləşdirilməsidir. Bu təsnifatda belə xərcləri özündə birləşdirən bölmələr, qruplar və altqruplar dəqiq verilmişdir. DİOFT, həmçinin Dövlət idarəetmə orqanlarının konkret funksiyalar və məqsədlər üçün sərf etdikləri xərclərdə zaman keçdikcə baş verən tendensiyaları təhlil etməyə imkan verir. DİOFT-dən, eyni zamanda iqtisadi və sosial funksiyaların həyata keçirilməsində Dövlət idarəetmə orqanlarının iştirak dərəcəsinin dövlətlərarası müqayisəsi üçün də istifadə edilir. |
| Əlaqədar təsnifatlar | Beynəlxalq Standart Sahə Təsnifatı (ISIC Rev 3) ilə Dövlət idarəetmə orqanlarının funksional təsnifatı (COFOG) arasında uyğunluq cədvəlləri. |
| Təsnifat ailəsi | Milli hesablar |
| Tətbiq sahəsi | Milli hesablar və makroiqtisadi göstəricilər. |
| Təsnifatın əldə edilmə mənbəyi | Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Xerc_meqsed_tes.pdf |
| Dil | Azərbaycan dili |
| Cavabdeh təşkilatın adı və ünvanı | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi,
AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81. |
| Təşkilatın məsul struktur bölməsi | Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru |
| Əlaqə üçün məsul şəxs | Vüqar Məmmədəlizadə;
Lalə Salamzadə |
| Əlaqə üçün məsul şəxsin e-poçtu | vugar.mammadalizade@stat.gov.az;
lala.salamzade@stat.gov.az |
| Əlaqə üçün məsul şəxsin telefon nömrəsi | Tel.: (+994 12) 377-10-70 (22-01);
(+994 12) 377-10-70 (22-56) |