Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Məhsul Növləri Təsnifatı
Abreviatura  MNT (4-cü variant)
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın 5.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə işlənib hazırlanmışdır; Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmişdir; Azərbaycan Standartlaşdırma İnstitutunun 2018-ci il 12 dekabr tarixli 053 qeydiyyat nömrəsi ilə Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilmişdir.
Tətbiq edilmə tarixi  12.12.2018
Əvvəlki versiya  MNT (3-cü variant)
Strukturu  Kod və ad hissələrdən ibarət olmaqla yeddi səviyyədən ibarətdir: • Birinci səviyyə hərf kodu ilə ilə (A-dan U-ya kimi) işarə edilmişdir (21 seksiya); • İkinci səviyyə ikirəqəmli kodla işarə edilmişdir (88 bölmə); • Üçüncü səviyyə üçrəqəmli kodla işarə edilmişdir (262 qrup); • Dördüncü səviyyə dördrəqəmli kodla işarə edilmişdir (576 sinif); • Beşinci səviyyə beşrəqəmli kodla işarə edilmişdir (1357 kateqoriya); • Altıncı səviyyə altırəqəmli kodla işarə edilmişdir (3218 altkateqoriya); • Yeddinci səviyyə səkkizrəqəmli kodla işarə edilmişdir (4946 növ).
Qısa təsviri  Milli Məhsul Növləri Təsnifatının IV variantı Milli Məhsul Növləri Təsnifatının III variantının yenilənmiş redaksiyası hesab edilir. Bu təsnifat Avropa İttifaqının Statistika Bürosu (Avrostat) tərəfindən hazırlanmış Fəaliyyət növləri üzrə məhsul təsnifatının yenilənmiş versiyası (CPA 2.1) əsasında, həmçinin həmin təşkilatın Məhsul təsnifatı haqqında yeni tələblərinə uyğun olaraq, təsnifatın 6 rəqəmli koduna 7-ci və 8- ci rəqəmlərin artırılması yolu ilə milli istehsal və xidmət xüsusiyyətləri nəzərə alınmaqla işlənib hazırlanmışdır.Təsnifat yeddinci səviyyəyədək Avrostat tərəfindən hazırlanmış Fəaliyyət növləri üzrə məhsul təsnifatı (CPA 2.1) ilə üst-üstə düşür. Məhsul Növləri Təsnifatı istehsal və istehlak olunan məhsulları, göstərilən və tələb olunan xidmətləri təsvir etmək üçün nəzərdə tutulmuşdur. Bu təsnifat İqtisadi Fəaliyyət Növləri Təsnifatı ilə uzlaşdırılmış və onunla sıx əlaqədədir. CPA 2.1-in elementlərinin strukturu Avrostatın Avropa İttifaqında İqtisadi fəaliyyət növləri təsnifatı (NACE Rev.2) ilə müəyyən olunan istehsal təyinatlı meyarlara əsaslanan malların təsnifatı hesab edilir. Beləliklə, bütün məhsullar – daşınan və daşınmayan mallar və xidmətlər Avropa İttifaqında İqtisadi fəaliyyət növləri təsnifatına uyğun və məhsuldan asılı olaraq eyni bir fəaliyyət növünə aid edilmişdir. Bu konseptual əlaqə fəaliyyət və məhsul növləri haqqında tam statistik məlumatları almağa və təhlil etməyə imkan verir.
Əlaqədar təsnifatlar  Beynəlxalq standart sahə təsnifatı (ISIC); PRODCOM List (List of PRODucts of the European COMmunity); Əsas məhsulların təsnifatı (CPC); Əmtəələrin təsviri və kodlaşdırılmasının həmahəng sistemi (HS); Kombinə edilmiş Nomenklatura (CN); Avropa İttifaqında iqtisadi fəaliyyət növləri təsnifatı (NACE); Sənaye məhsullarının statistik təsnifatı (SMST); İqtisadi fəaliyyət növləri təsnifatı (İFNT)
Təsnifat ailəsi  Məhsullar
Tətbiq sahəsi Kənd təsərrüfatı statistikası; Ticarət statistikası; Qiymət statistikası; Energetika və ətraf mühit statistikası; Xidmət statistikası.
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Mehsul_tes.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)