| Ümumi təsvir |
| Təsnifatın tam adı | Tullantıların statistik təsnifatı |
| Abreviatura | TST |
| Hazırlayan təşkilat | Dövlət Statistika Komitəsi |
| Hüquqi əsas | Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 28 sentyabr tarixli 7/3 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmişdir. |
| Tətbiq edilmə tarixi | 28.09.2022 |
| Əvvəlki versiya | Tullantıların statistik təsnifatı (AZT037-2010) |
| Strukturu | Təsnifat iki hissədən ibarətdir. Birinci hissədə 01-dən 13 koduna qədər təhlükəli (1) və təhlükəsiz (0) kateqoriyalara bölünməklə statistik uçotu aparıla bilən bütün tullantıların siyahısı verilmişdir. Bu siyahıda qrup halında tullantıların adı verilsə də, tullantıların daha ətraflı əks olunmasına ehtiyacın olması və tullantıların hansı sahəyə aid edilməsini müəyyənləşdirmək məqsədilə Avropa Tullantılar Siyahısı (LoW) əsasında təsnifatın ikinci hissəsi işlənib hazırlanmışdır.
Avropa Tullantılar Siyahısı üç səviyyədən ibarətdir:
• 1-ci səviyyə iki rəqəmli kodla işarə edilmişdir (20 fəsil);
• 2-ci səviyyə dörd rəqəmli kodla işarə edilmişdir (111 altfəsil);
• 3-cü səviyyə altı rəqəmli kodla işarə edilmişdir (839 tullantı adı).
Altı rəqəmli koddan sonra qoyulmuş ulduz (*) işarəsi tullantının təhlükəli olmasını bildirir. |
| Qısa təsviri | Təsnifat Avropa İttifaqının Statistika Bürosu (Avrostat) tərəfindən hazırlanmış “European Waste Classification for Statistics, version 4 (EWC-Stat Version 4)” və Avropa Tullantılar Siyahısı “List of Wastes (LoW)” əsasında hazırlanmışdır.
“Tullantıların statistik təsnifatı”nın hazırlanmasında əsas məqsəd tullantıların həcmini, tərkibini, onların insanlara və ətraf mühitə təsir dərəcəsinə görə təhlükəli və təhlükəsiz olduğunu müəyyənləşdirmək, həmçinin ölkədə tullantılar haqqında müşahidələrin təşkilini, məlumatların toplanmasını, işlənməsini, təhlili və yayılmasını, məlumat bazalarının yaradılmasını və bu məlumatların beynəlxalq müqayisəliliyini təmin etməkdən ibarətdir. |
| Əlaqədar təsnifatlar | Avropa Tullantılar Siyahısı (List of Wastes) |
| Təsnifat ailəsi | Ətraf mühit |
| Tətbiq sahəsi | Ətraf mühit statistikası |
| Təsnifatın əldə edilmə mənbəyi | Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi:
https://www.stat.gov.az/menu/5/source/Tullanti_tesnifat.pdf |
| Dil | Azərbaycan dili |
| Cavabdeh təşkilatın adı və ünvanı | Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi,
AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81. |
| Təşkilatın məsul struktur bölməsi | Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru |
| Əlaqə üçün məsul şəxs | Vüqar Məmmədəlizadə;
Lalə Salamzadə |
| Əlaqə üçün məsul şəxsin e-poçtu | vugar.mammadalizade@stat.gov.az;
lala.salamzade@stat.gov.az |
| Əlaqə üçün məsul şəxsin telefon nömrəsi | Tel.: (+994 12) 377-10-70 (22-01);
(+994 12) 377-10-70 (22-56) |