| Ümumi təsvir |
| Təsnifatın tam adı | Enerji məhsullarının təsnifatı |
| Abreviatura | EMT |
| Hazırlayan təşkilat | Dövlət Statistika Komitəsi |
| Hüquqi əsas | Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2011-ci il 25 may tarixli 14/4 saylı kollegiya qərarı ilə təsdiq edilmişdir,
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2011-ci il 20 iyun tarixli 095 saylı əmri ilə təsdiq edilmişdir. |
| Tətbiq edilmə tarixi | 01.07.2011 |
| Əvvəlki versiya | - |
| Strukturu | Enerji məhsullarının təsnifatının kodlaşdırma sistemi dörd rəqəmdən ibarətdir. Burada birinci rəqəm seksiyanı, ikinci rəqəm bölməni, üçüncü rəqəm qrupu və nəhayət, dördüncü rəqəm sinfi göstərir. Enerji məhsullarının təsnifatı 10 seksiyadan (0-9); 23 bölmədən (01-99); 51 qrupdan (011-990); 69 sinifdən (0110-9900) ibarətdir. |
| Qısa təsviri | Enerji məhsullarının təsnifatı Birləşmiş Millətlər Təşkilatının Statistika Komissiyası tərəfindən tövsiyə edilmiş Beynəlxalq Standart Enerji Məhsulları Təsnifatı (SIEC) əsasında işlənib hazırlanmışdır. EMT bütün əsas enerji məhsullarını əhatə edir və istənilən məhsul onun yalnız bir kateqoriyasına mənsubdur. EMT yanacaq (törəmə məhsullar daxil olmaqla), elektrik və istilik enerjisi kateqoriyalarına bölünür. Yanacaq kateqoriyası mənşə və xassələrinə görə fərqləndirilən yanacaq növlərini əks etdirir: qazıntı yanacaqları - bərk və digər qazıntı yanacaqları, atom yanacaqları, bioyanacaqlar və tullantılardır. Yanacaq kateqoriyaları fiziki xassələrinə (məs. boz kömür – daş kömür) və emal mərhələlərinə görə spesifik, emal edilmiş məhsullarla əlavə olaraq detallaşdırılır. Bu bəzən yanacaq kateqoriyaları üzrə məhsulun növlərinə uyğun əks olunur (məs., benzin və onun avtomobil, aviasiya növlərinə bölünməsi). |
| Əlaqədar təsnifatlar | 1) Fəaliyyət növləri üzrə məhsul təsnifatı (CPA)
2) Əsas məhsul təsnifatı (CPC)
3) Hormonizə edilmiş sistem (HS)
4) Sənaye məhsullarının statistik təsnifatı, Məhsul növləri təsnifatı |
| Təsnifat ailəsi | Məhsul |
| Tətbiq sahəsi | Energetika və ətraf mühit statistikası |
| Təsnifatın əldə edilmə mənbəyi | Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Enerji_tes.pdf |
| Dil | azərbaycan dili |
| Cavabdeh təşkilatın adı və ünvanı | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi,
AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81. |
| Təşkilatın məsul struktur bölməsi | Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru |
| Əlaqə üçün məsul şəxs | Vüqar Məmmədəlizadə,
Lalə Salamzadə |
| Əlaqə üçün məsul şəxsin e-poçtu | vugar.mammadalizade@stat.gov.az,
lala.salamzade@stat.gov.az |
| Əlaqə üçün məsul şəxsin telefon nömrəsi | Tel.: (+994 12) 377-10-70 (22-01);
(+994 12) 377-10-70 (22-56) |