Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Milli təhsil təsnifatı
Abreviatura  MTT
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 30 aprel 2014-cü il tarixli 13/2 nömrəli qərarı ilə təsdiq edilmişdir; Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 05 iyun 2014-cü il tarixli 078 nömrəli əmri ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  06.06.2014
Əvvəlki versiya  Milli təhsil təsnifatı (ikinci variant)
Strukturu  “Milli təhsil təsnifatı” üzrə 9 təhsil səviyyəsi və 2 altsəviyyə nəzərdə tutulur: ISCED 0 – Kiçik yaşlı uşaqların inkişaf proqramları; 01 – Erkən yaşlı uşaqların inkişaf proqramları; 02 – Məktəbəqədər təhsil; ISCED 1 – İbtidai təhsil; ISCED 2 – Ümumi orta təhsil; ISCED 3 – Tam orta təhsil və peşə təhsili; ISCED 4 – Orta təhsildən sonrakı qeyri-ali təhsil; ISCED 5 – Orta ixtisas təhsili (subbakalavr); ISCED 6 – Ali təhsil (bakalavriat və ekvivalent təhsil səviyyəsi); ISCED 7 – Ali təhsil (magistratura və ekvivalent təhsil səviyyəsi); ISCED 8 – Ali təhsil (doktorantura və ekvivalent təhsil səviyyəsi).
Qısa təsviri  “Milli təhsil təsnifatı” “Təhsil haqqında” və "Peşə təhsili" haqqında Azərbaycan Respublikasının Qanunlarının tələbləri nəzərə alınmaqla, UNESKO-nun Beynəlxalq Standart Təhsil Təsnifatına (ISCED 2011) və son illərdə ölkədə təhsil sahəsində həyata keçirilən islahatlara uyğun olaraq hazırlanmışdır. Bu təsnifatın hazırlanmasında əsas məqsəd ölkədə təhsilin statistik təsnifləşdirilməsinin beynəlxalq standartlara uyğunlaşdırılması, təhsil sahəsində statistik məlumatların beynəlxalq müqayisəliliyinin təmin olunmasıdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 30 dekabr 2025-ci il tarixli 10/6 nömrəli qərarına əsasən “Milli Təhsil Təsnifatı”nın “Beynəlxalq Standart Təhsil Təsnifatına (ISCED 2011) əsasən təhsil səviyyələri üzrə Azərbaycanın Təhsil sisteminin tədris proqramının bölgüsünün QURULUŞU” bölməsi yeni redaksiyada verilmişdir.
Əlaqədar təsnifatlar  -
Təsnifat ailəsi  Təhsil
Tətbiq sahəsi Sosial statistika; Əmək statistikası.
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/ https://www.stat.gov.az/menu/5/classifications/source/Milli_teh_tes.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)