| Ümumi təsvir |
| Təsnifatın tam adı | İqtisadi Fəaliyyətdə Xidmətlər Təsnifatı |
| Abreviatura | İFXT |
| Hazırlayan təşkilat | Dövlət Statistika Komitəsi |
| Hüquqi əsas | Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2025-ci il 27 may tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir. |
| Tətbiq edilmə tarixi | 01.01.2026 |
| Əvvəlki versiya | İqtisadi fəaliyyətdə xidmətlər təsnifatı (AZT039-2010). |
| Strukturu | "İqtisadi fəaliyyətdə xidmətlər təsnifatı" 8 rəqəmli koddan ibarətdir. Təsnifatın kod strukturunun sxematik şəkli aşağıdakı kimidir: XX - bölmə kodu; XX.X - qrup kodu; XX.XX - sinif kodu; XX.XX.X - kateqoriya kodu; XX.XX.XX - altkateqoriya kodu; XX.XX.XX.XX - növ kodu. “İqtisadi fəaliyyətdə xidmətlər təsnifatı”nın kodları altıncı səviyyəyədək Avropa İttifaqının Statistika Bürosu (Avrostat) tərəfindən hazırlanmış Fəaliyyət növləri üzrə məhsul təsnifatının (Statistical classification of products by activity, CPA 2.1) kodları ilə üst-üstə düşür, əlavə olunmuş yeddinci səviyyə isə səkkizrəqəmli kodla işarə edilməklə, milli səviyyədə xidmətlərə dair statistik məlumatların daha detallı əks olunmasına imkan verir. |
| Qısa təsviri | "İqtisadi fəaliyyətdə xidmətlər təsnifatı" Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi kollegiyasının 2010-cu il 26 may tarixli 13/5 nömrəli qərarı ilə təsdiq edilmiş “İqtisadi fəaliyyətdə xidmətlər təsnifatı”nın yenilənmiş redaksiyasıdır.
Bu təsnifat milli “Məhsul növləri təsnifatı” (dördüncü variant) əsasında hazırlanmışdır. Təsnifatın hazırlanmasında əsas məqsəd xidmət statistikasına dair məlumatların toplanması və işlənməsinin asanlaşdırılması, milli və beynəlxalq səviyyədə xidmət statistikası məlumatlarının müqayisəliliyinin gələcəkdə də təmin olunmasıdır. |
| Əlaqədar təsnifatlar | Məhsul Növləri Təsnifatı |
| Təsnifat ailəsi | Digər |
| Tətbiq sahəsi | Xidmət statistikası. |
| Təsnifatın əldə edilmə mənbəyi | Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/
https://www.stat.gov.az/menu/5/classifications/source/Iqt_fealiyyet_tes.pdf |
| Dil | Azərbaycan dili |
| Cavabdeh təşkilatın adı və ünvanı | Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81 |
| Təşkilatın məsul struktur bölməsi | Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru |
| Əlaqə üçün məsul şəxs | Vüqar Məmmədəlizadə;
Lalə Salamzadə |
| Əlaqə üçün məsul şəxsin e-poçtu | vugar.mammadalizade@stat.gov.az;
lala.salamzade@stat.gov.az |
| Əlaqə üçün məsul şəxsin telefon nömrəsi | Tel.: (+994 12) 377-10-70 (22-01);
(+994 12) 377-10-70 (22-56) |