Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Cinayətkarlığın statistik təsnifatı
Abreviatura  CST
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2017-ci il 27 dekabr tarixli 11/6 qərarı ilə təsdiq edilmişdir; Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 20 fevral 2018-ci il tarixli 180108500004 nömrəli kollegiya qərarı ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  20.02.2018
Əvvəlki versiya  -
Strukturu  Cinayətkarlığın statistik təsnifatında cinayətlər dörd müxtəlif iyerarxik səviyyəyə bölünən oxşar kateqoriyalarda qruplaşdırıla bilər: 1, 2, 3 və 4-cü səviyyələr. Kateqoriyaların rəqəmsal kodlaşdırılması təsnifatda onların səviyyəsinə uyğundur: 1-ci səviyyənin kateqoriyaları ən geniş kateqoriyalardır və iki rəqəmli koda malikdir (yəni, 01); 2-ci səviyyənin kateqoriyaları dörd rəqəmli koda (yəni, 0101); 3-cü səviyyənin kateqoriyaları beş rəqəmli koda (yəni, 01011); və 4-cü səviyyənin kateqoriyaları altı rəqəmli koda malikdir (yəni, 010111).
Qısa təsviri  Cinayətlərin statistik təsnifatı beynəlxalq səviyyədə razılaşdırılmış konsepsiyalar, anlayışlar və prinsiplərə əsaslanan, cinayətlər haqqında statistik məlumatların sistemliliyinin və beynəlxalq müqayisəliliyinin təmin edilməsinə, həmçinin istər milli, istərsə beynəlxalq səviyyədə analitik imkanların genişləndirilməsinə yönələn cinayətlərin təsnifatıdır. CST müxtəlif hüquq və yurisdiksiya sistemlərində statistik məlumatların sistematik tərtibinin və müqayisəliliyinin əsaslarını təmin edir.
Əlaqədar təsnifatlar  -
Təsnifat ailəsi  Digər
Tətbiq sahəsi Sosial statistika
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Cinayetkarliq_st.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)