Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Yüksək texnologiyalar məhsullarının təsnifatı
Abreviatura  YTMT
Hazırlayan təşkilat  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2018-ci il 12 fevral tarixli 180108500003 nömrəli kollegiya qərarı ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  24.02.2018
Əvvəlki versiya  -
Strukturu  Bu təsnifatda Beynəlxalq Standart Ticarət Təsnifatı (“Standard International Trade Classification” - SITC Rev.4) əsasında yüksək texnologiyalar məhsullarının qruplar üzrə bölgüsü, o cümlədən SITC üzrə kod və ad hissəsi göstərilməklə yüksək texnologiyalar məhsullarının siyahısı verilmişdir.
Qısa təsviri  Yüksək texnologiyalar məhsullarının təsnifatı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın 5-ci bölməsinin 5.2-ci (“Yüksək texnologiyalar sektorunun inkişafı”) bəndinin 5.2.4-cü (“Elmtutumlu və yüksək texnoloji məhsulların yeni milli təsnifatının hazırlanması və tətbiqi üçün tədbirlərin görülməsi”) yarımbəndinə uyğun olaraq işlənib hazırlanmışdır. Elmtutumlu və yüksək texnoloji məhsullarla bağlı təsnifatlara dair beynəlxalq təcrübələrin araşdırılması nəticəsində Yüksək texnologiyalar məhsullarının təsnifatı Beynəlxalq Standart Ticarət Təsnifatının əsasında hazırlanmış, Avropa İttifaqının Statistika Bürosunun CPA2008 (“Statistical classification of products by activity”) təsnifatı və 01 sentyabr 2009-cu il tarixdən ölkəmizdə tətbiq edilən Məhsul Növləri Təsnifatının III versiyası ilə uzlaşdırılmışdır. Bu təsnifat yüksək texnologiyalar sahəsində təqdim edilən və tələb olunan məhsulları təsvir etmək üçün nəzərdə tutulmuşdur.
Əlaqədar təsnifatlar  Beynəlxalq Standart Ticarət Təsnifatı (SITC Rev.4)
Təsnifat ailəsi  Məhsullar
Tətbiq sahəsi Ticarət statistikası, İnformasiya və rabitə sahələri
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Yuksektex_tes.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)