Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Vaxtdan istifadə statistikası üçün fəaliyyətlərin təsnifatı
Abreviatura  VİSÜFT
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2022-ci il 26 yanvar tarixli 1/4 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  26.01.2022
Əvvəlki versiya  -
Strukturu  Təsnifat əsas bölmələrdən, bölmələrdən və qruplardan ibarət üç səviyyəli iyerarxik struktura malikdir. Fəaliyyətlər 3 səviyyədə və aşağıdakı kimi qruplaşdırılır: a) Birinci səviyyə, birrəqəmli kod və ya “əsas bölmə” - ən az təfsilatlı səviyyəni və ya fəaliyyətlərin ən geniş qrupunu təmsil edir; b) İkinci səviyyə, ikirəqəmli kod və ya “bölmə” - əvvəlkindən fərqli olaraq daha təfsilatlı fəaliyyətləri təmsil edir; c) Üçüncü səviyyə, üçrəqəmli kod və ya “qrup” - xüsusi fəaliyyətləri detallı təsvir edən təsnifatın ən təfsilatlı səviyyəsi hesab edilir. Təsnifat 9 əsas bölmədə və 56 bölmədə təsnifləşdirilən 165 qrupu əhatə edir. Fəaliyyətlər daha təfsilatlı səviyyəyədək (qrup) kodlaşdırılır. Üçrəqəmli qruplara ayrılmayan bölmələr üçün ikirəqəmli kodlara sıfır (0) əlavə edilməklə onlar üçrəqəmli kodlar kimi verilmişdir.
Qısa təsviri  “Vaxtdan istifadə statistikası üçün fəaliyyətlərin təsnifatı” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın 5.2.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə işlənib hazırlanmışdır. Bu təsnifat Birləşmiş Millətlər Təşkilatının Statistika Şöbəsi tərəfindən təsdiq edilmiş “International Classification of Activities for Time Use Statistics (ICATUS 2016)” sənədinə uyğun beynəlxalq səviyyədə qəbul edilmiş anlayışlar, təriflər və prinsiplər əsasında hazırlanmışdır. Təsnifatda insanın bir sutkada, yəni 24 saat ərzində vaxtını keçirə biləcəyi bütün fəaliyyətlər təsnifləşdirilmişdir. Təsnifatın hazırlanmasında məqsəd standart strukturdan istifadə etməklə müəyyən dövr ərzində vaxtdan istifadəyə dair ölkələrarası müqayisə edilə bilən milli statistik məlumat istehsalını təmin etməkdir. Təsnifat məlumatların toplanması üçün istifadə edilən üsullardan asılı olmayaraq, vaxtdan istifadəyə dair standart anlayış və tərifləri əhatə edən bir strukturu ehtiva edir.
Əlaqədar təsnifatlar  Məşğulluğun beynəlxalq standart təsnifatı (ISCO) Bütün növ iqtisadi fəaliyyət növlərinin beynəlxalq standart sahə təsnifatı (ISIC) Məşğulluq Təsnifatı (MT)
Təsnifat ailəsi  Digər
Tətbiq sahəsi Həyat keyfiyyətinin statistikası (Əhalinin vaxtdan istifadəsinə dair seçmə statistik müayinə)
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.azstat.org/tesnifat/ https://www.stat.gov.az/menu/5/classifications/
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə, Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az, lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)