MICS

“Əsas sahə işini həyata keçirəcək heyət üçün təlimlər” başa çatmışdır

image
image
image
image
image
image

"Ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatların əldə edilməsi məqsədilə ölkəmizdə 2023-cü ilin may-iyul aylarında keçirilməsi nəzərdə tutulan Çoxgöstəricili Klaster Sorğusu (MICS) çərçivəsində “Əsas sahə işini həyata keçirəcək heyət üçün təlimlər” başa çatmışdır.

"Aprel ayının 3-də başlayan və 1 ay davam edən təlimlər zamanı sorğunun aparılmasına cəlb olunmuş şəxslər xarici və yerli mütəxəssislər tərəfindən MICS-in sorğu anketlərinin (“Qadınlar üçün fərdi sorğu anketi”, “5 yaşadək uşaqlar üçün sorğu anketi”, “5-17 yaşlı uşaqlar üçün sorğu anketi”, “Ev təsərrüfatları üçün sorğu anketi”) doldurulması, ev təsərrüfatı üzvlərinin sorğu olunması, CAPI tətbiqi, uşaqların boy və çəkilərinin ölçülməsi, suyun keyfiyyətinin, duzun yodluluğunun yoxlanılması və s. məsələlərlə bağlı təlimatlandırılmış, onların iştirakı ilə sorğu anketlərinin sınağı və pilot sorğular aparılmışdır. Təlimlərdə aidiyyəti dövlət qurumlarının (Səhiyyə, Ədliyyə, Daxili İşlər, Energetika, Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Azərsu” ASC) nümayəndələri də iştirak etmiş, onlar tərəfindən sorğu anketlərinə müxtəlif sahələrlə bağlı daxil edilmiş suallara aydınlıq gətirilmiş, termin və anlayışlara dair izahlar verilmişdir.

"Təlimin sonunda əsas sahə işini, yəni yerlərdə sorğunun aparılmasını həyata keçirəcək heyətlər müəyyənləşdirilmişdir.