MICS

“MICS əsasında əldə olunmuş məlumatların təfsiri və nəticələrlə bağlı hesabatın layihəsinin tərtib olunmasına dair” seminar keçirilmişdir

2024-cü ilin 26-29 fevral tarixlərində Hyatt Regency otelində Dövlət Statistika Komitəsinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı və Çoxgöstəricili Klaster Sorğusu (MICS) üzrə Texniki Komitənin üzvlərinin, müvafiq dövlət qurumlarının aidiyyəti mütəxəssislərinin, UNlCEF-in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin və Regional ofisdən bu məqsəd üçün xüsusi dəvət olunmuş ekspertlərinin iştirakı ilə “MICS əsasında əldə olunmuş məlumatların təfsiri və nəticələrlə bağlı hesabatın layihəsinin tərtib olunmasına dair” seminar keçirilmişdir.

Çoxgöstəricili Klaster Sorğusu (MICS) çərçivəsində sahə işləri başa çatmışdır

Cari ilin avqust ayının 16-da Azərbaycanda Çoxgöstəricili Klaster Sorğusu (MICS) çərçivəsində sahə işləri, yəni yerlərdə sorğunun aparılması başa çatmışdır. Ölkəmizdə MICS sorğusu Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”na əsasən keçirilmiş və onun keçirilməsində məqsəd ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatların əldə edilməsi olmuşdur.

Naxçıvan Muxtar Respublikasında Çoxgöstəricili Klaster Sorğusu üzrə sahə işlərinə başlanıldı

2023-cü ilin iyun ayının 20-də Naxçıvan Muxtar Respublikasında Çoxgöstəricili Klaster Sorğusu (MICS) üzrə sahə işlərinə, yəni yerlərdə sorğunun aparılmasına başlanılmışdır. Sahə işləri 2 heyət tərəfindən həyata keçiriləcək. Hər heyət 6 üzvdən ibarətdir: 1 supervayzer, 4 sorğunu və 1 ölçməni aparan şəxs. Beləliklə, Muxtar Respublikada sahə işlərinə 12 əməkdaş cəlb olunub, bundan əlavə, 3 nəfər ehtiyat işçi də götürülmüşdür. Bütün əməkdaşlar cari ilin 18 may-17 iyun tarixlərində Muxtar Respublikada keçirilən sahə işləri ilə bağlı təlimlərdə iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasında Çoxgöstəricili Klaster Sorğusu Keçiriləcək

Naxçıvan Muxtar Respublikasında ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatların əldə edilməsi məqsədilə 2023-cü ilin iyun-avqust aylarında Çoxgöstəricili Klaster Sorğusu (MICS) həyata keçiriləcəkdir.

Çoxgöstəricili Klaster Sorğusu üzrə sahə işlərinə başlanılmışdır

Cari ilin may ayının 8-də ölkəmizdə Çoxgöstəricili Klaster Sorğusu (MICS) çərçivəsində əsas sahə işlərinə, yəni yerlərdə sorğunun aparılmasına başlanılmışdır. Sorğu Şərqi Zəngəzur iqtisadi rayonu istisna olmaqla, ölkənin bütün ərazisini əhatə edəcək və 616 klaster üzrə 12320 ev təsərrüfatı arasında keçiriləcəkdir.

“Əsas sahə işini həyata keçirəcək heyət üçün təlimlər” başa çatmışdır

Ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatların əldə edilməsi məqsədilə ölkəmizdə 2023-cü ilin may-iyul aylarında keçirilməsi nəzərdə tutulan Çoxgöstəricili Klaster Sorğusu (MICS) çərçivəsində “Əsas sahə işini həyata keçirəcək heyət üçün təlimlər” başa çatmışdır.

Ölkəmizdə Çoxgöstəricili Klaster Sorğusu (MİCS) həyata keçiriləcəkdir

Azərbaycan Respublikasında ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatların əldə edilməsi məqsədilə 2023-cü ilin may-iyul aylarında Çoxgöstəricili Klaster Sorğusu (MİCS) həyata keçiriləcəkdir.

Dövlət Statistika Komitəsi ilə UNICEF arasında “2022-ci ildə Azərbaycan Respublikasında Çoxgöstəricili Klaster Sorğusunun (MİCS) keçirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb

Fevralın 28-də Dövlət Statistika Komitəsi ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında “2022-ci ildə Azərbaycan Respublikasında Çoxgöstəricili Klaster Sorğusunun (MICS) keçirilməsinə dair Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.