MICS

Naxçıvan Muxtar Respublikasında Çoxgöstəricili Klaster Sorğusu üzrə sahə işlərinə başlanıldı

image
image
image
image

"2023-cü ilin iyun ayının 20-də Naxçıvan Muxtar Respublikasında Çoxgöstəricili Klaster Sorğusu (MICS) üzrə sahə işlərinə, yəni yerlərdə sorğunun aparılmasına başlanılmışdır. Sahə işləri 2 heyət tərəfindən həyata keçiriləcək. Hər heyət 6 üzvdən ibarətdir: 1 supervayzer, 4 sorğunu və 1 ölçməni aparan şəxs. Beləliklə, Muxtar Respublikada sahə işlərinə 12 əməkdaş cəlb olunub, bundan əlavə, 3 nəfər ehtiyat işçi də götürülmüşdür. Bütün əməkdaşlar cari ilin 18 may-17 iyun tarixlərində Muxtar Respublikada keçirilən sahə işləri ilə bağlı təlimlərdə iştirak ediblər.

"Naxçıvan Muxtar Respublikasında Çoxgöstəricili Klaster Sorğusu (MICS) 64 klaster üzrə 1280 ev təsərrüfatında aparılacaq. Sorğunun avqust ayında başa çatdırılması nəzərdə tutulmuşdur.

"Sorğu nəticəsində ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatlar əldə ediləcəkdir.