MICS

“MICS əsasında əldə olunmuş məlumatların təfsiri və nəticələrlə bağlı hesabatın layihəsinin tərtib olunmasına dair” seminar keçirilmişdir

image
image
image

"2024-cü ilin 26-29 fevral tarixlərində Hyatt Regency otelində Dövlət Statistika Komitəsinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı və Çoxgöstəricili Klaster Sorğusu (MICS) üzrə Texniki Komitənin üzvlərinin, müvafiq dövlət qurumlarının aidiyyəti mütəxəssislərinin, UNlCEF-in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin və Regional ofisdən bu məqsəd üçün xüsusi dəvət olunmuş ekspertlərinin iştirakı ilə “MICS əsasında əldə olunmuş məlumatların təfsiri və nəticələrlə bağlı hesabatın layihəsinin tərtib olunmasına dair” seminar keçirilmişdir.

"Seminarda 2023-cü ilin may-avqust aylarında ölkəmizdə keçirilmiş MICS sorğusunun ilkin nəticələri ilə bağlı geniş müzakirələr aparılmış, əldə olunmuş statistik məlumatlara dair izahlar, şərhlər verilmiş, sorğunun nəticələrini əks etdirən hesabatın layihəsinin tərtibi məsələləri ilə əlaqədar rəy və təkliflər bildirilmişdir.

"