MICS

AZƏRBAYCANDA ÇOXGÖSTƏRİCİLİ KLASTER SORĞUSU (MICS) KEÇİRİLİR.

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Uşaq Fondu, Dövlət Statistika Komitəsi ilə birgə Azərbaycanda Çoxgöstəricili Klaster Sorğusu keçirir. Seçmə üsulla müayinəyə cəlb olunan ev təsərrüfatları arasında aparılacaq sorğu əsasında ana və uşaqlara dair vəziyyətin, insan inkişafının qiymətləndirilməsi üçün zəruri olan statistik məlumatlar əldə ediləcək, içməli suyun keyfiyyəti və duzun yodluluğu yoxlanılacaq, uşaqların boy və çəkisi ölçüləcək.

MICS NƏDİR VƏ HANSI MƏQSƏDLƏ KEÇİRİLİR?

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Uşaq Fondu, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə birgə ölkədə Çoxgöstəricili Klaster Sorğusunu həyata keçirir.

Sorğu uşaq və qadınlarla bağlı ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin bundan sonra da davam etdirilməsi üçün zəruri olan məlumatların əldə edilməsi məqsədi daşıyır. 3 ay davam edəcək sorğular vasitəsilə ailələrin, qadınların və uşaqların vəziyyətinə dair mühüm məlumatlar toplanılacaq. Sorğuya ölkə üzrə 12 320 ev təsərrüfatı təsadüfi seçmə üsulu ilə cəlb ediləcək.

Sorğunu aparacaq peşəkar şəxslər sorğuya cəlb olunacaq ev təsərrüfatlarını ziyarət edəcək, müsahibə aparmaqla yanaşı, onlar içməli sudan nümunələr götürəcək, duzun yodluluğunu yoxlayacaq, 5 yaşınadək uşaqların boy və çəkisini ölçəcəklər. Sorğu zamanı verdiyiniz məlumatların məxfiliyi təmin olunacaq.

FƏALİYYƏTLƏRİMİZ

Seçilmiş xəbərlər